Millət vəkili Qarabağ həqiqətlərindən danışdı

 

25

Millət vəkili Qənirə Paşayeva Hindistan səfirinə Qarabağ həqiqətlərindən danışıb. 

 

Qənirə Paşayeva Hindistanın ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Vinod Kumar ilə görüşüb. Azərbaycan-Hindistan Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva hər iki ölkə arasında o cümlədən parlamentlər arasında əlaqələrin inkişaf etməsinin müsbət hal olduğunu deyib. Millət vəkili Hindistan səfirinə Azərbaycan tarixi, Qarabağ həqiqətləri ilə bağlı materiallar təqdim edib. Görüş çərçivəsində, səfirə Xocalı Soyqırımı, Qaradağlı Soyqırımı, Quba Soyqırımı, Ağdaban faciəsi, Dağıdılmış mədəniyyət beşiyi-Şuşa, Ermənistanın işğal etdiyi və abidələri məhv etdiyi Ağdamla bağlı filmlərin daxil olduğu ingilis dilində “Azərbaycan həqiqətləri” filmlər kataloqu və Azərbaycan mədəniyyətinə dair materiallar hədiyyə edilib. Millət vəkili, yaxın günlərdə III Beynəlxalq türk sənətləri, tarixi və folkloru konqresində iştirak etmək üçün Hindistanın paytaxtı Dehli şəhərinə səfər edəcəyi deyib və bu kimi tədbirlərin əhəmiyyətli olduğunu bildirib. Görüşün sonunda səfir millət vəkilinə Hindistan mədəniyyəti ilə bağlı materiallar və kitabları təqdim edib.

Qənirə Paşayeva isə öz növbəsində Vinod Kumara müəllifi olduğu və Hindistanın iki böyük qadın siyasi-ictimai xadimi İndira Qandi və Sonya Qandinin həyat hekayələrini də özündə əks etdirən “Tarixə adını yazan Qadınlar” 3 cildlik kitabını təqdim edib.