Vahid Əhmədov: “Mən hər zaman həqiqəti demişəm” -Video

Milli Məclisin deputatı Vahid Əhmədov keçən il bu vaxtlar verdiyi müsahibəyə görə həmkarları tərəfindən tənqin olunmasında  danışıb.

“Talehim elə olub ki, belə şeylər çox görmüşəm. Bu da onlardan biri idi. Əlbəttə, olmamalı idi. Çünki kifayət qədər dövlətimə, millətimə bağlı adamam. Həmin müsahibədə ciddi, mənfi bir şey yox idi. Müəyyən mənada o müsahibə kimlərinsə xoşuna gəlmədi və s. Millət vəkilləri öz mövqelərini bildirdilər. Mən hər bir mövqeyə hörmətlə yanaşan insanam. Münasibətlərimiz normaldır, elə də ciddi problemimiz yoxdur. Görüşürük, salamlaşırıq. Salam verəndə salam alıram, verməyəndə almıram. Oldu keçdi, artıq yaddan çıxartmışam. Gəlib, məndən üzr istəyənlər də oldu. Zaman hər şeyi öz yerinə qoyur”, – deyə o, əlavə edib.