Azərbaycanlı referi Avropa Çempionatında

FIFA

FIFA-nın referi köməkçisi Yaşar Abbasov yeni beynəlxalq təyinat alıb.

XALQ.AZ-ın məlumatına görə, Yaşar Abbasov 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsinin oyunlarında iştirak edəcək. Bu barədə AFFA-dan bildiriblər.

Qeyd edək ki, turnir iyulun 16-dan 31-dək Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək.