Azərbaycanlı vəkil Rusiyada medal aldı

Vekil

Ümumrusiya Azərbaycan Konqresinin icraçı direktoru F.Plevako adına gümüş medala layiq görülüb.

Xalq.az-ın verdiyi məlumata görə, Moskvada F.Plevako adına ali vəkillər mükafatının 16-cı təqdimat mərasimi keçirilib.

Mükafatları Rusiya Vəkillər Gildiyasının prezidenti, Rusiya Vəkillik və Notariat Akademiyasının rektoru Həsən Mirzəyev, Rusiya Federal Vəkillər İttifaqının prezidenti Aleksey Qaloqanov, Moskva Vəkillər Palatasının prezidenti Genri Reznik təqdim ediblər.

Rusiyada vəkillik fəaliyyətinin 150 illiyinə həsr olunmuş tədbirdə Ümumrusiya Azərbaycan Konqresinin icraçı direktoru, Rusiyanın fəxri vəkili, Rusiya Vəkillər Gildiyasının vitse-prezidenti İlqar Hacıyev S.Plevako adına gümüş medala layiq görülüb.

Rusiya Vəkillər Gildiyasının prezidenti Həsən Mirzəyev mükafatı təqdim edərək deyib ki, böyük təcrübəyə malik vəkil olan İlqar Hacıyev Azərbaycan diasporunun üzvləri ilə yanaşı, Rusiya vətəndaşlarının da mənafelərinin müdafiəsini uğurla həyata keçirir.