Ofisiantlar yarışdı

Ofisiant

Argentinanın paytaxtı Buenos-Ayresdə ofisiantların ənənəvi yarışı keçirilib.

Xalq.az-ın məlumatına görə, yarış iştirakçıları əllərində üzərində içki dolu şüşələr və bokallar olan siniləri tutaraq, mümkün qədər cəld yürüməli olublar. Yarışda ofisiant işləyən yüzlərlə insan iştirak edib. Qadınların və kişilərin ayrı-ayrılıqda yarışdığı bu müsabiqə zamanı iştirakçılar 1600 metrlik məsafəni qət etməli olublar.

Pis hava şəraitinə baxmayaraq, ofisiantlar qətiyyətlə yarışıblar və finiş xəttinə sinilərindəki şüşə və bokalları aşırmadan çatan yarış iştirakçıları qalib olublar.

Qaliblərə 12 min dollar məbləğində pul mükafatı verilib.