Azərbaycanlı zəvvarların ilk qrupu Bakıya qayıtdı

 

98

Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların ilk qrupu geri dönüb. Azərbaycanlı zəvvarları gətirən təyyarə Bakı vaxtı ilə təxminən axşam saat 20:00 radələrində Heydər Əliyev adına beynəlxalq hava limanına enib. Əldə etdiymiz məlumata görə, ilk reysdə bir zəvvar qrupu olub. Növbəti reys isə bu gecə səhərə yaxın Bakıda eniş edəcək. Ümumən isə, bu gecə səhərə qədər fasilələrlə 3 zəvvar təyyarəsinin Bakıya yola salınması nəzərdə tutulub. Zəvvarların geri dönüşü isə oktyabrın 29-na kimi davam edəcək. Bu il Azərbaycandan Həcc ziyarətində 3700 zəvvar iştirak edib.