“AzərEnerji” və “Azərişıq” kollektivləri qan vermə aksiyasında-Fotolar

“AzərEnerji” və “Azərişıq” kollektivləri  növbəti sosial layihələrindən biri kimi talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən uşaqlara yardım məqsədilə qanvermə aksiyası həyata keçirib.

Bu barədə XALQ.AZ “AzərEnerji” ASC-dən məlumat verilib.

Qeyd olunub ki,   Birinci vitse-perzident Mehriban xanım Əliyevanın irəli sürdüyü xoş təşəbbüsə qoşularaq karantin rejimində qan ehtiyatı azalan talassemiya, hemofiliya və leykoz xəstəliyindən əziyyət çəkən uşaqlara üçün qan vermə aksiyası keçirilib.

Azərbaycanda talassemiya və hemofiliyalı xəstələr dövlət qayğısı ilə əhatə olunublar və bu həssas sahə ilə bağlı ölkəmizdə həyata keçirilən tədbirlər əhalinin daha sağlam gələcəyinə hesablanıb. Koronavirus pandemiyasının dünyada sürətlə yayıldığı bir vaxtda bu infeksiyaya daha çox immuniteti zəif olan və qanı normadan aşağı olan insanların daha tez yoluxma ehtimalını və risk qrupuna daxil olduğunu nəzərə alaraq, cəmiyyətin diqqətinin bu sosial məsələyə yönləndirilməsi mühüm əhəmiyyət kəsb edir. 

Qan çatışmazlığı həyatları qandan asılı olan hematoloji xəstələrin həyatda qalmalarına mənfi təsir göstərə bilər.

ondunun Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın çağırışı ilə qeydiyyata alınmış və hər ay qan köçürülməsinə ehtiyac duyan uşaqlara dəstək olmaq və onlar üçün tədarük olunan qan ehtiyatını artırmaq məqsədilə “AzərEnerji” və “Azərişıq” kollektivləri  ilə aprelin 14-də Milli Hematologiya və Transfiziologiya Mərkəzində qanvermə aksiyası keçirilib. 

Vətəndaşlar həvəslə və könüllü olaraq iştirak edərək, qana ehtiyacı olan uşaqların köməyinə çatmaq üçün humanist xarakterli aksiyaya qoşulublar.

Qanvermə zamanı donorların və tibb işçilərinin təhlükəsizliyini təmin etmək üçün bütün zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib. Yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün istifadə olunacaq.

На изображении может находиться: 2 человека

На изображении может находиться: 1 человек


На изображении может находиться: 2 человека, люди сидят

На изображении может находиться: 2 человека, люди сидят, стол и в помещении

XALQ.AZ