“Azərikimya”da yeni baş direktor təyinatı

Dövlət Neft Şirkətinin (SOCAR) “Azərikimya” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib.
Bu barədə İB-nin rəsmi sosial şəbəkə hesabında məlumat yayılıb.
“Elnur Elxan oğlu Məmmədli SOCAR “Azərikimya” İstehsalat Birliyinin yeni Baş direktoru təyin olunmuşdur.
Elnur Məmmədli 17 ildən artıqdır ki, Neft sənayesində-SOCAR-ın müəssisələrində, son 7 ildə isə SOCAR Türkiyə şirkətində müxtəlif rəhbər vəzifələrdə çalışmışdır”, – məlumatda deyilir.