Müdafiə nazirinin müavinlərindən ikisinin postu ləğv edilib

Müdafiə nazirinin müavinlərindən ikisinin postu ləğv edilib.

İndiyə qədər Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi və Şəxsi Heyət Baş İdarəsinin rəisi postları nazirin müavinləri idi. Dəyişikliklərə görə, hər iki post ləğv edilib və nazir müavini siyahısından çıxarılıb.

Qeyd edək ki, general-polkovnik Kərim Vəliyevin Baş Qərargah rəisi vəzifəsinə təyin olunandan sonra nazir müavini, şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsi vakant idi. Nazir müavini Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi isə general-leytenant Nizam Osmanov idi.

Dəyişiklikdən sonra Nizam Osmanovun hansı vəzifəyə təyinat aldığı açıqlanmayıb.