Azad Azərbaycanı xoş gələcəyə aparan rəhbər.

Müasir dövrdə hər bir dövlət beynəlxalq münasibətlər sistemində layiqli mövqe tutmaqla yanaşı , milli maraq və mənafeyini diplomatik əməkdaşlıq sferasında
qoruyaraq həlledici uğurlara imza atır.
2003- cü ilin oktyabrından respublikamıza inamla rəhbərlik edən İlham Əliyev ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliklə irəli sürdüyü xarici siyasət kursunu dövrün tələblərinə uyğun inkişaf etdirərək Azərbaycanın nüfuzunu beynəlxalq arenada daha da yüksəltdi.Ermənistanı dünya miqyasında təcavüzkar dövlət kimi tanıtmaq, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək , xaricdə güclü lobbi və
diaspora formalaşdırmaq İlham Əliyevin dövlət başçısı kimi həyata keçirtdiyi nailiyyətlərdən birinə çevrildi.
Hal – hazırda qonşu ölkələr tam mustəqil siyasət yeridən Azərbaycani özlərinə strateji tərəfdaş və dost ölkə sayır.Azərbaycan bu baxımdan həm region, həm də dünya dövlətləri , o cümlədən beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir.
Azərbaycanın Avrasiya sub regionunda , ikitərəfli və çoxtərəfli səciyyə daşıyan qarşılıqlı – faydalı əməkdaşlıq münasibətlərinə xüsusi əhəmiyyət verdiyi ölkələrdən biri də Çin Xalq Respublikasıdır.Əvvəla,Çin yeni dünya nizamında söz sahibi olan , nəinki Mərkəzi Asiyada , Yaxın və Orta Şərqdə deyil,bütün dünyada cərəyan edən proseslərə təsir edə biləcək gücə malik dövlətdir.Həmçinin bu ölkə dünyanın ən nəhəng iqtisadi və hərbi güclərindən birinə çevrilib.Çin və Azərbaycan xalqları arasında böyük tarixə malik olan dostluq münasibətləri nəticəsində Azərbaycan Çinin irəli sürdüyü ” Bir kəmər,bir yol ” strategiyasının həyata keçirilməsində qoşuq və kəmər rolunu oynayır. Avropa və Çin arasında ən qısa dəmir yolu əlaqəsini təmin edən Bakı – Tiblisi – Qars ” xətti , Bakı – Beynəlxalq – Dəniz – Ticarət – Limanı kimi önəmli infrastruktur layihələri ” Bir kəmər , bir yol ” təşəbbüsü və ümumilikdə regional əməkdaşlıq üçün böyük əhəmiyyət daşıyır.Bu layihə ölkəmizdə qeyri – neft sektorunun inkişafı , fərqli mənbələrdən daxil olmanın artırılması baxımından çox vacibdir.Bu layihə Azərbaycanın dövlət gəlirlərinin artması ilə yanaşı , ölkəyə daxil olan valyuta həcminin artmasına da müsbət təsirini göstərəcək.
Gələcəkdə Mərkəzi Asiyanın enerji resurslarının Avropaya daşınmasında da Azərbaycan əsas tranzit xətti rolunu oynayacaq.Çinlə əlaqələr ölkəmizə bu dövlətin texnologiya,istehsalat ,eləcə də hərbi sənayedəki təcrübəsini mənimsəməyə və bundan yararlanmağa imkan verəcək.
Ləman Abbasova
Nəsimi rayon Təhsil işçisi