AZAL uçuşlarda xüsusi endirim aksiyasına başlayır

Azal

“Azərbaycan Hava Yolları”nın uçuşlarında xüsusi PAYIZ aksiyası keçiriləcək.

XALQ.AZ xəbər verir ki, aksiya biletlərinin satışına 1 oktyabrdan başlanacaq və həmin ayın 15-dək davam edəcək. Bildirək ki, həmin biletlər üzrə uçuş tarixləri 1 noyabr-10 dekabr 2014-cü ili əhatə etməlidir.

Güzəştlər Bakı-London, Tehran, Roma, Milan, Paris, Praqa, Pekin, Tel-Əviv və geriyə, həmçininTiflis-Nyu-York-Tiflis reyslərinə aid edilib.

Bakı-London-Bakı (və geriyə) cəmi 449 Avro;

London-Bakı-London (və geriyə) cəmi 399 Funt Sterlinq;

Təbriz və Tehran (və geriyə) cəmi 209 Avro;

Roma (və geriyə) cəmi 449 Avro;

Milan (və geriyə) cəmi 449 Avro;

Paris (və geriyə) cəmi 449 Avro;

Praqa (və geriyə) cəmi 449 Avro;

Pekin (və geriyə) cəmi 449 Avro;

Tel-Əviv (və geriyə) cəmi 379 Avro;

Tiflis-Nyu-York-Tiflis (Bakıdan keçərək və geriyə) cəmi 630 Avro (731 ABŞ dolları);

Aviabiletlərin dəyişdirilməsi və qaytarılmasına icazə verilmir. Bu siniflər üzrə mile-ballar hesaba əlavə olunmur.

Maksimal qalma müddəti bir aydır.