Səhiyyə Nazirliyi hamını bulvara çağırdı

Sehiyye

Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 27-də Dənizkənarı Milli Parkda “Sağlamlıq yürüşü!” adı altında yürüş-marafon keçiriləcək.

Bu barədə virtualaz.org saytına nazirlikdən məlumat verilib.

Xəbərdə deyilir ki, əhalinin sağlamlığının qorunması, diqqətin sağlı problemlərinə cəlb edilməsi məqsədilə bir çox layihələr nəzərdə tutulub.

Xatırladaq ki, sentyabrın 29-u bütün dünyada Dünya Ürək Günü kimi qeyd olunacaq. Nazirliyin bu yürüşü də ürək xəstəlikləri ilə mübarizəyə həsr olunacaq. Marafonun məqsədi sağlam həyat tərzinin təbliği, idmanla məşğul olmağa çağırışdır. Yürüş qalibləri mükafatlandırılacaq.