Azay Quliyevin namizədliyi təsdiqləndi

Bitərəf millət vəkillərindən Azərbaycanın ATƏT Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin sədr müvaini və sözügedən qurumun vitse-prezidenti, İpək Yoluna Dəstək Qrupunun sədri, Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platformasının koordinatoru, QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevin namizədliyi qeydə alınıb.

Xatırladaq ki, A. Quliyev indiyə qədər 3 dəfə (2005, 2o10 və 2015-cu illərdə) millət vəkili seçilib və 4-cü dəfə seçkilərə qatılıb.

O, bu dəfə də təmsilçisi olduğu dairədən- 8 saylı Binəqədi birinci seçki dairəsindən seçkilərə qatılıb.

YAP isə həmin dairədən Əliyarlı Kubra Məhəmməd qızının namizədliyini irəli sürüb.

A. Quliyevin Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, siyasi elmlər üzrə fəlsəfə doktorudur.

Parlamentin ən fəal və aktiv üzvlərindəndir.