Tahir Mirkişilinin namizədliyi -Təsdiqləndi

YAP-ın rəsmi namizədlər siyahısında olan Tahir Mirkişili namizədliyi qeydə alınıb.

XALQ.AZ xəbər verir ki, Tahir Mirkişilinin namizədliyi 42 saylı Sumqayıt üçüncü seçki dairəsindən qeydə alınıb. Bu barədə o, öz şəxsi facebook hesabında qeyd edib.

Biz bu seçkiyə Sumqayıtda öz qəhrəmanımız ilə, dünya çempionu ilə başlayırıq. O, həm də Sumqayıt şəhər 42-ci dairənin seçicisidir. İlk imzanı o atdı. O, hamımız üçün mübarizlik və qalibiyyət simvoludur! O, əsl vətənpərvər və Azərbaycanın simvoludur! O, Azərbaycan düşmənlərinin göz dağıdır!
2 dəfə paralimpiya oyunları çempionu, 2 dəfə dünya çempionu, 5 dəfə Avropa çempionu, əməkdar idman ustası, “Şöhrət” ordeni, “Heydər Əliyev” Fondunun təsis etdiyi Beynəlxalq “Qızıl çinar” mükafatları laureatı və ilk dəfə keçirilən Bakı2015 Avropa Oyunlarının qalibi – İlham Zəkiyev.

Bu seçkilərin Sumqayıtımız, partiyamız, dövlətimiz və xalqımız üçün xeyirli-uğurlu olması arzusu ilə.

Qeyd edək ki, Tahir Mirkişili Milli Məclisin komitə və plenar iclaslarında fəal iştirak edən deputatlardandır. Bir sıra qanunların qəbul olunmasında və seçicilərin problemlərinin həlli istiqamətində mütəmadi çıxışlar edib, rəsmi orqanlar qarşısında məsələ qaldırıb,həmçinin ölkəmizi beynəlxalq konfranlarda və iclaslarda layiqincə təmsil edib. 

На изображении может находиться: 2 человека, люди стоят и в помещении
На изображении может находиться: 1 человек