“Azərbaycan bizə bir “AKINCI” məsafəsində yaxındır” – Ərdoğan
Artıq bizə bir “AKINCI” məsafəsində yaxın olan Can Azərbaycanda “TEKNOFEST” nəsli gənclərimizin “İki dövlət, Tək millət, Bir Festival” ruhu ilə qucaqlaşmalarının şahidi olduq.
APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Onun sözlərinə görə, 28 May – Azərbaycanın Müstəqillik günü “TEXNOFEST”lə gözqamaşdırıcı şəkildə taclandırılıb.