media-33

Bu gün ölkəmizdə ilk dəfə olaraq Azərbaycan Hakimlərinin Forumu keçirilir.

 XALQ.AZ xəbər verir ki, forumda 400-dən çox hakim, həmçinin Məhkəmə-Hüquq Şurasının üzvləri iştirak edirlər.

Tədbirdə məhkəmə-hüquq sahəsində görülən işlərdən, aparılan islahatlardan, müasir çağırışlardan və qarşıda duran məsələlərdən söhbət açılacaq. Konkret sahələr üzrə ədalət mühakiməsinin keçirilməsinin icra vəziyyətinə dair panel müzakirələr təşkil olunacaq.

Forumda, həmçinin müxtəlif nominasiyalar üzrə “İlin hakimi” mükafatının təqdimatı nəzərdə tutulub. Gündəliyə uyğun olaraq, Hakimlərin Konfransı təşkil ediləcək və Məhkəmə-Hüquq Şurasının tərkibinə seçkilər keçiriləcək.

Azərbaycan Hakimlər İttifaqının illik hesabatının təqdimatı da gözlənilir və İttifaqın tərkibindən çıxan üzvün yerinə seçkilər keçiriləcək.

media-55 media-56 media-57 media-33 media-34 media-35 media-36 media-37


media-ads728x90

Bənzər xəbərlər