“Ankarada keçirilən Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat, idarə və nəqliyyat nazirliklərinin ikinci üçtərəfli görüşündən əlavə, bu çərçivədə üç ölkənin həm də xarici işlər nazirlərinin görüşü olub. Görüş çərçivəsində Ankara Bəyənnaməsi imzalanıb. Üç ölkə arasında əməkdaşlığa dair Yol Xəritəsi kimi ehtiva edilən bu Bəyannamə çox mühüm əhəmiyyət kəsb edən bəyannamədir”.

BunuAnkara Bəyannaməsi ilə bağlı açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev bildirib.

Komitə sədri  qeyd edib ki, bölgənin rifahını üçtərəfli görüşlər vasitəsilə artırmaq və bu formatda gələcəkdə bir sıra məsələlərin həll edilməsi çox əhəmiyyətlidir.

Deputat vurğulayıb ki, logistika sahəsində ciddi çağırışlar var, sıx əməkdaşlıq olması təkcə yükdaşımalar deyil, digər istiqamətdə də yeni-yeni dəhlizlərin yaradılmasına imkan verəcək:

“Bir məsələni də qeyd edim ki, Türkiyə, Azərbaycan Orta Dəhlizin əsas qapılarıdır. Özbəkistan da Böyük İpək Yolunun strateji düyün nöqtəsinə çevrilə bilər. Bu istiqamətdə hər üç dövlətin şirkətləri nəqliyyat, logistika mərkəzi kimi öz imkanlarını ortaya qoya bilərlər. Burada təbii ki, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Azərbaycan, Gürcüstan, Türkiyə, Avropa – bütün beynəlxalq nəqliyyat dəhlizləri bu yükdaşımaların genişlənməsində mühüm rol oynaya bilərlər. Bütün iştirakçılar da qeyd edirlər ki, gələcəkdə Mərkəzi və Cənubi Asiyanı birləşdirməklə yanaşı, qlobal logistika zəncirində hamı vacib bir halqaya çevrilir və burada investisiyaların cəlb olunması regionun potensialını daha da artırır”.

A.Nağıyev Ankara Bəyannaməsində bir sıra mühüm məqamların öz əksini tapdığını vurğulayıb:

“Bu bəyannamə regional və beynəlxalq məsələlərə əməkdaşlığın genişləndirilməsi, suverenliyə və ərazi bütövlüyünə xələl gətirən cəhdlərin qarşısının birgə tədbirlər nəticəsində alınması, Orta Dəhlizin səmərəliyinin və rəqabət qabiliyyətinin artırılmasına çağırış, Türk Dövlətləri Təşkilatı səviyyəsində ticarət, iqtisadi, digər iqlim sahəsində əməkdaşlığa müsbət irəliləyişin mütləq vurğulanması, Qarabağ və Şərqi Zəngəzur rayonlarında yenidənqurma və minalardan təmizlənmə səylərinə dəstək göstərmək, Mərkəzi Asiyada sabitliyin təmin edilməsi, hətta Qəzza ilə bağlı atəşkəs elan edilməsinin alqışlanması, Fələstin münaqişəsinin iki dövlət prinsipi arasında həllinin dəstəklənməsi kimi məqamlar əksini tapıb. Bir sözlə, çox mühüm əhəmiyyət kəsb edən bir bəyannamədir. Türkiyə-Azərbaycan-Özbəkistan arasında üçüncü üçtərəfli görüşün Azərbaycanda keçirilməsi nəzərdə tutulur. Hesab edirəm ki, bu da çox düşünülmüş və vaxtında atılmış bir addımdır”.


media-ads-728x90

Bənzər xəbərlər