Azərbaycan-Türkiyə İş Adamları Birliyinin üzvü Selim Evsen vergi borcuna görə “STOP” qoyuldu
Türkiyəli iş adamının Azərbaycandan çıxışına məhdudiyyət qoyulub.
XALQ.AZ Qaynarinfo-nun məlumatına görə, “Star Public Transport” şirkətinin rəhbəri Selim Evsenin Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə 271.865,67 manat vergi borcu yaranıb.
İdarə tərəfindən sözügedən borcun 5 gün ərzində ödənilməsi üçün “Star Publik Transport” Məhdud Məsuliyyətli Cəmiyyətinə xəbərdarlıq edilsə də, türkiyəli iş adamı tərəfindən icra edilməyib.
Nəticədə şirkətin qanuni təmsilçisi Selim Evsenin barəsində məhkəməyə müraciət edilib. Məhkəmənin qərarı ilə 1967-ci ildə Türkiyə Respublikasında anadan olmuş Selimin Evsenin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb.
Qeyd edək ki, Selim Evsen Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) üzvüdür. Şirkət Azərbaycanda taksi fəaliyyəti ilə məşğul olur.