media-tia_3785592dbc6f9c990f50224fd45e2daa_8wrzcbno6u3915ihmepg-500x430

“Şirin Su” brendi ilə satılan qablaşdırılmış su şirkətindən şikayətlər durmadan artır. Şikayətçilər “Şirin su”dan qoxu gəldiyini, su bidonlarının isə natəmiz olduğunu bildirirlər.

XALQ. AZ Tribunainfo.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə şikayətini yazanlardan biri də Nurəngiz Abbasovadır. O bildirib ki, “Şirin Su”dan kəskin qoxu gəlir:

Su sifarişi - Bakıda evlərə və ofislərə pulsuz çatdırılma

“Belə şirkətlərə aldanmayasız deyə yazıram. Oktyabr ayından “Şirin Su”dan istifadə edirik. Artıq 3-cü səfər idi ki, aldığımız sudan qoxu gəlirdi və buna görə başqa suya keçmək istədik. Filtirlərinin yeniləndiyini, bir daha sularından istifadə etməyimizi xahiş etdilər. Lakin yenə də istəmədik və gəlib bidonlarını götürmələrini, depozitimizi geri qaytarmalarını istədik. Bir aydır nə bidonları götürürlər, nə də verdiyimiz depoziti qaytarırlar. Gözümüz pulda deyil, 36 manat nədir ki?. Sadəcə siz fikirləşin ki, indi bunlar neçə insanı aldadıb 36 manatını qaytarmırlar. Belə su şirkətlərinə aldanmayın”.

“Şirin Su” ilə problem yaşayanlardan biri də Mona Zadə adlı xanımdır. O bildirib ki, bu su brendinin bidonları şəffaf deyil:

Su sifarişi - Bakıda evlərə və ofislərə pulsuz çatdırılma

“2023-cü ilə qədər “Şirin Su”dan istifadə edirdik. Sonra fərqinə vardıq ki, bidonlar şəffaf deyil. Təmiz deyildi. Su da dadını tez dəyişirdi”.

Şikayətçi Əli Bağırzadə də belə nöqsanlara görə “Şirin Su”dan imtina edib:

“Mən də bu şirkətin suyundan istifadə edirdim. 2-3 dəfə sudan acı dad gəldi, özlərinə sübut edə bilmədim”.

media-tia_c184954c2d649108ccfc06827cc4c579_fh91iq705vrsmt6onk2g

Qeyd edək ki, “Şirin Su” brendi Azərbaycanda 2012-ci ildən öz servisini təklif edir. “Şirin Su” brendinin yaradıcısı Elşad Əliyevdir.

Yazıda adı keçən bütün tərəfləri dinləməyə hazırıq.

media-tia_3d7a1f690830de8c803bbf79fbbde96f_finarw9mtg5yobjz071p

media-tia_ac574f21848a30adbdfce4fee6747956_awtupxm0h6rvnyk53lif


media-ads-728x90

Bənzər xəbərlər