media-muba

Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Teniki Təmizlik İdarəsi 2025-ci ilin fevral ayının 4-də “”Kamaz” və “Maz” markalı xüsusi təyinatlı avtonəqliyyat vasitələri üçün ehtiyat hissələrinin, avtoşin, akkumulyator batareyaları və sürtgü yağlarının satın alınması” lotu üzrə sifarişçi olduğu satınalmaya yekun vurub.

XALQ.AZ  xəbər verir ki, bu satınalmanın məbləği 182.926 manat təşkil edib.

Tenderdə Fidan-TN MMC qalib elan edilib.

Fidan-TN 2006-cı ildə təsis edilib.
media-100
4 manat nizamnamə kapitalı olan bu şirkətin maddi-texniki bazası, faktiki ünvanı barədə internet resurslarında məlumat yoxdur.

 

Fidan-TN şirkəti Sanitariya və Teniki Təmizlik İdarəsinə yad təşkilat deyil. Belə ki, Fidan-TN şirkəti 2019-cu ildən müntəzəm olaraq Sanitariya və Teniki Təmizlik İdarəsinin tenderlərində qalib elan edilir.
media-101

Şirkət indiyədək İdarənin ümumilikdə 1.685.543 manatlıq tenderində qalib olub.

Fidan-TN MMC-nin qanuni təmsilçisi Hüseynov Ələsgər Calal oğludur. Ələsgər Hüseynovun Masallı rayonunun Həsənli kəndindən olduğu deyilir.
FİDAN-TN şirkətinin müntəzəm olaraq Sanitariya və Teniki Təmizlik İdarəsinin sifarişçi olduğu satınalmalarda qalib elan edilməsi məsələsinə Bakı Şəhər İcra Hakimiyyətindən mövqe öyrənə bilmədik.
Sanitariya və Teniki Təmizlik İdarəsində Hesablama Palatasının audit aparıb-aparmaması barədə quruma müraciət etdik.
media-103
Hesablama Palatasının cavabında deyilir: 
“Bildiririk ki, Azərbaycan Respublikasının Hesablama Palatası tərəfindən 2022-2024-cü illər ərzində Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Teniki Təmizlik İdarəsində auidit həyata keçirilməmişdir”.
media-muba
Mübariz Hüseynov
Qeyd edək ki, Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Teniki Təmizlik İdarəsinin rəisi Mübariz Hüseynovdur. Qlobal.az

media-ads-728x90

Bənzər xəbərlər