Azərbaycana qarşı irəli sürülən ittihamlar əsassızdır
“Ermənistanın baş naziri Nikol Paşinyanın Armenpress Agentliyində dərc edilən məqaləsi onu deməyə əsas verir ki, bu ölkə sülhə hazır deyil. Məqalədə erməni baş nazirin ssələndirdiyi fikirlər, Azərbaycana qarşı irəli sürülən ittihamlar, eləcə də bəzi məqamlarda səslənən təhdid dolu fikirlər həm də ondan xəbər verir ki, Ermənistan yeni bir müharibə hazırlığındadır”.
Bunun “Milli İnkişaf” İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib.
İctimai Birlik sədri deyib ki, Paşinyanın Azərbaycanın guya müharibəyə hazırlaşması barədə fikirləri də tamamilə cəfəngiyatdır:
“Bu bir növ Ermənistanın sürətlə silahlanması və müharibə hazırlıqları həyata keçirməsini konpensasiya etmək məqsədilə deyilən sözlərdir. Sülhdən danışan, doğurdan da sülh istəyən tərəf sürətlə silahlanmaz, Azərbaycanla sərhəd boyunca yeni istehkamlar qurmaz. Həm Hindistan, Fransa və bu kimi ermənipərəst dövlətlərdən ağır silahların alınması, həm sərhəd boyunca artan aktivlik onu deməyə əsas verir ki, Ermənistan yeni bir hərbi qarşıdurmaya hazırlaşır”.
Arzuman Muradlı deyib ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev dəfələrlə qeyd edib ki, bizim heç bir ölkənin, eləcə də Ermənistanın ərazisində gözümüz yoxdur. Biz yalnız Ermənistanın işğal etdiyi torpaqlarımızı azad etmişik:
“Eyni zamanda tarixi ədalətin, Qərbi azərbaycanlıların öz doğma torpaqlarına qayıtmasını, üçtərəfli bəyanatda əksini tapan maddələrin icrasını, Naxçıvanla birbaşa əlaqələrin bərpası və Zənguzur dəhlizinin açılmasını istəyirik”.