AzTv Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 min bağışladı

“AzTV və Radio verilişləri” QSC Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 000 manat məbləğində vəsait ödəyəcək.

 Qurumun Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən XALQ.AZ-a verilən məlumata görə, müvafiq vəsait AzTV əməkdaşlarının könüllü istəyi əsasında onlar üçün nəzərdə tutulan aylıq mükafatın məbləğindən və reklam gəlirlərindən həyata keçiriləcək. 

AzTV kollektivi koronavirusla mübarizədə də Azərbaycan xalqı ilə həmrəy olduğunu bəyan edir.