“Azxeber.com” 10 yaşında

Bu gün Azxeber.com informasiya portalının 10 yaşı tamam olur.

XALQ.AZ xəbər verir ki, sayt 2010-cu il aprel ayının 13-də gənc jurnalistlər Hacıbəy Heydərli və Əfsələddin Ağalarovun təşəbbüsü ilə yaradılıb. Portalda hər gün müxtəlif sahələri əhatə edən yüzə yaxın xəbər, müsahibə, reportaj, köşə yazıları yayımlanır. Saytın xəbərlərinə mütəmadi olaraq ölkənin mətbu orqanları tərəfindən istinad olunur.

Azxeber.com eyni zamanda sosial şəbəkələrdə ən çox izlənilən xəbər portallarındandır. Belə ki, portalın rəsmi “facebook” səhifəsini 600 min, instagram-da isə 480 mindən çox insan bəyənib. Eyni zamanda portalın “Tvitter”, “Youtube” və “Telegram” sosial şəbəkələrində fəaliyyət göstərən rəsmi hesabı mövcuddur.

На изображении может находиться: 2 человека, в том числе Hacibey Heyderli, люди стоят, обувь, небо и на улице


XALQ.AZ kollektivi olaraq həmkarlarımızı təbrik edirik!