Azyaşlı ailəsinə faciə yaşatdı

1

Kürdəmir rayonunda faciə baş verib.

XALQ.AZ-ın Daxili İşlər nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Muradxan kəndində azyaşlı Mehralı Dünyamalıyev yaşadığı evin həyətində elektrik cərəyanı vurub.

Azyaşlı “tok” vurması nəticəsində ölüb.

İlkin ehtimala görə hadisə ehtiyatsızlıqdan baş verib.

Faktla bağlı araşdırma aparılır.