Bərbərxanalar və gözəllik salonları bu tarixdən fəaliyyətini bərpa edir

“Mayın 4-dən sonra vəziyyətə uyğun olaraq addımlar atılacaq və o zaman bərbərlər, gözəllik salonlarının fəaliyyətinə icazə verilə bilər”.

XALQ.AZ-ın xəbərinə görə, bunu respublikanın baş infeksionisti Cəlal İsayev deyib.

Onun sözlərinə görə,  mayın 4-dən sonra  vəziyyətdən asılı olaraq  karantin rejiminin daha da yumşaldılması nəzərdə tutulur. “Karantin rejimi mərhələ-mərhələ yumşaldıqca daha çox fəaliyyət sahələrinə icazə veriləcək. Vəziyyət araşdırılacaq və vəziyyətə uyğun addımlar atılacaq.  Ondan sonra  daha hansı sahələrə veriləcəyi müəyyənləşəcək.  Əgər  vəziyyət  asılı olaraq qərar veriləcək”- baş infeksionist bildirib.