Deputat: “İslahatları bəyənməyənlərin motivlərinə nəzər yetirdikdə anlayırıq ki, hamısı çirkin və şəxsidir”

Ölkəmiz for-major hallara tam güclə hazırdır.

Müsahibimiz Milli Məclisin deputatı, İnsan hüquqları komitəsinin üzvü Jalə Əhmədovadır;

Jalə xanım koronovirus pandemiyası dünya miqyasında böyük itkilərlə müşaiyət olunsa da, Azərbaycan bu prosesdən üzüağ çıxır. Ölkəmizin bir fors-masor vəziyyətə hazır olması kimi qiymətləndirmək olarmı?

Təbii ki,mövcud vəziyyətdə dünyanın aparıcı ölkələrinin belə bir vəziyyətə nə qədər hazırsız olduqlarını görürük. Lakin, regionun lideri olan ölkəmizdə cənab Prezidentin başçılığı ilə çox qısa zaman ərzində vəziyyət nəzərət altına götürüldü və bütün mühüm məqamlar öz həllini tapdı. Bilirsiniz ki, tibbi maska çatışmamazlığı üstündə dövlətlər arasında problem yaşandı, lakin Azərbaycan tibbi ləvazimatları istehsal edən müəssisə fəaliyyətə başladı və xarici asılılıq yox edildi. Bundan əlavə, xüsusi karantin rejimi tətbiq edildi və xəstəliyin yayılma faizi azaldı. Aprelin 15-dən etibarən ölkədə aktiv halların sayı enişə doğru gedir. Bütün bunlar birdaha göstərir ki, ölkəmiz for-major hallara tam güclə hazırdır.

Prezident İlham Əliyev bəyan etdi ki, ölkəmizdə tətbiq olunan karantin vəziyyətindən bəzi işbazlar, xüsusən 5-ci kalonun təsir dairəsində olan qüvvələr öz çirkin məqsədlərinə nail olmaq üçün istifadə edirlər. Sizin bu barədə fikirlərinizi eşitmək maraqlı olardı…

Mən bu barədə öz fikirlərimi artıq dilə gətirmişəm, amma təkrarlamaqda fayda var. Bu çətin günlərdə hər bir vətəndaş, partiya, siyasətçi, dövlətini sevən hər bir şəxs birgə olmalıdır. Mən hər zaman ümumi dövlət maraqlarını hər şeydən üstün tutmuşam və bu yolda dövlət tərəfindən atılan bütün uğurlu addımları dəstəkləyir və alqışlayıram. Düşünürəm ki, ölkənin inkişafı üçün sağlam müxalifətin fəaliyyəti mühümdür, lakin müxalifətin məqsədi iqtidarı yalan yerə mühakimə etmək və ya ölkədə aparılan uğurlu islahatları hakimiyyətə gəlmək naminə pisləmək olmamalıdır. Xalqın və hökümətin dəstəyini qazanmaq üçün isə, müxalifəti təmsil edən hər hansı partiya, ilk növbədə, ölkənin inkişafı ilə bağlı özünün alternativ təkliflərini, yeni layihələrini irəli sürməli, hakimiyyəti qabaqlamağa çalışmalıdır.

Jalə xanım postpandemiya dövrü dünyada və Azərbaycanda hansı izlər buraxacaq və sizcə, bu istiqamətdə hansı addımlar atılmalıdır?

Mütləq ki, dünya artıq pandemiyadan öncəki kimi olmayacaq. Dövlətlər bundan sonra iqtisadiyyatlarına dəyən zərəri minimuma endirməyə çalışacaqlar və bacardıqları qədər bu tipli fors-major hallara daha sərt şəkildə hazırlaşmaqa başlayacaqlar. Dövlətlərin bu hazırlıqları fonunda vətəndaşlar isə bir müddət öz həyat tərzlərini dəyişməli olacaqlar. Artıq yavaş-yavaş bir çox dövlətlər öz sərhədlərini açmağa başlayırlar, yalnız hələlik sadəcə iş, təhsil və ya digər mühüm məsələlərlə bağlı səyahət etmək mümkün olacaqdır. Həmçinin, 2 metr məsafəsində distansiyanın saxlanılması, maskaların taxılması, əllərin mütəmadi yuyulması kimi yeni vərdişlərdə qorunub saxlanılmalıdır.

Heydər Əliyev Fondu 100 min ehtiyacı olan ailəyə yardım edəcək. Bu addımı necə qiymətləndirirsiniz?

Çox gözəl. Bu addım nə birinci nə də sonuncudur, bu dövr ərzində həm dövlətimiz həm də sahibkarlarımız fərqli-fərqli institutlar və üsullarla ehtiyacı olan əhaliyə yardımlar etmişdir. Cənab Prezidentin tapşırığı ilə yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fondununda bu vacib işdə nəhəng rolu vardır. Şərəflə öz vətəndaşlıq borclarını yerinə yetirib o fonda ianələr edən kiçikdən böyüyə bütün sahibkarlarımıza, nazirliklərimizə, millət vəkillərimizə və s. öz təşəkkürlərimi bildirirəm! Həmçinin, televiziyadan çağırışıma biganə qalmayan Salyan camaatına da təşəkkür edirəm! Unutmayaq ki, dövlətin cavabdeh olduğu çox məsələlər var və bu çətin günlərdə vətəndaş birliyi önəmlidir, ona görə də mənim çağırışımla deputatı olduğum Salyan rayonunda yardımlaşma aksiyası başladı və bu kompaniya müddətində 100-ə yaxın ehtiyacı olan ailəyə yardım edildi və bu aksiya hələ də davam etməkdədir.

Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda fəaliyyət göstərən siyasi qüvvələrə böyük imkanlar yaradılıb. Lakin buna baxmayaraq, ölkəmizdə həyata keçirilən islahatları qaralamağa çalışan, hər vəchlə buna mane olmaq istəyən qüvvələr var. Onların bu addımına sizin münasibətinizi bilmək maraqlı olardı…

Bilirsiniz, bu həyatdada belədir, nə qədər çox uğur qazanarsan, bir o qədər də səni istəməyən, qaralamağa, yalanmağa və sənə mane olmağa çalışan qüvvələr çox olar. Aparılan bütün bu uğurlu islahatları bəyənməyən, mane olmağa çalışan daxili və xarici qüvvələrin motivlərinə nəzər yetirdikdə anlayırıq ki, hamısı çirkin və şəxsidir. Bitərəf deputat olaraq həm mənfi, həm də mənfidən daha çox olan müsbət məqamları görürəm və ədalətli qiymətləndirirəm. Bu kimi addımlara münasibətimi qısa misalla bildirəcəm, mövcud uğurlu islahatları və effektiv anti-korona siyasətini danmaq, öz adını danmaq kimidir.

XALQ.AZ