Bərdədə bir gündə iki intihar

57

 

İntihar etmək üçün özünü Yuxarı Qarabağ kanalına atan Mingəçevir şəhər sakinin meyiti sözügedən kanalın Bərdə rayonunun Mehdili kəndindən keçən hissəsində aşkarlanıb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, yerli hüquq-mühafizə orqanları onun şəxsiyyətini müəyyən edə biliblər. Məlum olub ki, meyiti tapılan şəxs Mingəçevir şəhər sakini, 1953-cü il təvəllüdlü Osmanov Bəkir Yunis oğludur. Onun meyiti dünən axşam saatlarında suyun axar hissəsində aşkarlanıb. Meyitin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.

Daha bir ölüm hadisəsi isə Bərdə şəhərində yerləşən Meşəçilik İnstitutunun ərazisində qeydə alınıb. Yol kənarındakı yaşayış evin həyətində su çənindən asılmış meyit tapılıb. Müəyyən edilib ki, bu, 1963-cü ildə anadan olmuş Mikayıl Ziyəddin oğlu Bayramovdur.

Hər iki faktla bağlı Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb. Araşdırmalar aparılır.