Bakı Metropolitenində yoxlama

26

 

Xalq.az  Lent.az-a istinadən xəbər verir ki, “Bakı Metropoliteni” Qapalı Səhmdar
Cəmiyyətində hazırda yoxlama aparılır. Verilən məlumat da o da qeyd olunur ki, həyata keçirilən yoxlama daxili yoxlamadır. Yoxlamanın hansı məqsədlə həyata keçirildiyi açıqlanmayıb.
Qeyd edək ki, bu ilin fevralında Prezident İlham Əliyevin Bakı Metropoliteni və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin yenidən təşkil edilməsi ilə yaradılmış dövlətə məxsus “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə Zaur Hüseynovu təyin edib.