Bərdədə konfrans keçirilib

Konfransdan öncə rayonun fəal müəllimlərindən bir qrupu şəhərin mərkəzində ucaldılmış xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə tər gül çiçək dəstələri düzmüş, xatirəsinə ehtramlarını bildirmişlər.
XALQ.AZ xəbər verir ki, Konfransda  Akademik Z.Əliyeva adına texniki fənlər təmayüllü məktəb liseyin şagirdləri konfrans iştirakçılarını salamlamışlar.
Konfrans öz işinə Dövlət Himninin səsləndirilməsi ilə başlamışdır.
Konfransda rayon İcra Hakimiyyətinin başçısının müavini, YAP rayon təşkilatının sədri Fəqət Şadlinskaya,  Təhsil İnstitutu direktorunun müavini, respublikanın Əməkdar müəllimi Ənvər Abbasov,   rayon Təhsil şöbəsinin məsul işçiləri, rayonun ümumtəhsil məktəblərinin direktorları və müəllimləri, kütləvi informasiya vasitələrinin nümayəndələri – cəmi 285 nəfər iştirak etmişlər.
Konfransda rayon Təhsil şöbəsinin müdiri Rzaqulu Şərifov 2017-2018-cı tədris ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələr barədə məruzə  etdi.
Rayon İcra Hakimiyyətinin başçısının müavini, Yap rayon təşkilatının sədri Fəqət Şadlinskaya konfransda çıxış edərək rayon müəllimlərini yeni dərs ilinin başlanması münasibətilə təbrik etdi, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət təhsil siyasətinin  Respublika Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilərək təhsil siyasətində qazanılan uğurlardan söhbət açdı.
Respublika Təhsil İnstitutunun direktor müavini Ənvər Abbasov konfransda çıxış etmiş, “Keyfiyyət ili” ndə Bərdə təhsilində əldə edilmiş nailiyyətləri təqdir etmişdir.
Konfransda  akademik Z.Əliyeva adına Texniki təmayüllü məktəb-liseyin direktoru Vidai Süleymanov, Samux kənd tam orta məktəbin direktoru Rəna Fərzəliyeva, Mirzalıbəyli kənd tam orta məktəbin direktoru Nizami Quliyev çıxış edərək    təhsildəki inkişafa görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.
Konfransda 2017-2018-cı tədris ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələrlə əlaqədar müvafiq qərar qəbul edildi.
Konfransda təhsil sahəsində əldə etdikləri nailiyyətlərə görə müəllimlərdən 8 nəfərinə   rayon Təhsil şöbəsinin Fəxri fərmanı, qocaman müəllimlərdən bir qrupuna qiymətli hədiyyələr təqdim edildi.

 

 

 

Orxan