Bərdədə qəza: ölən var (FOTO)

qeza-1

Bərdədə yol qəzası baş verib.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Bərdənin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, “VAZ-2106” markalı avtomobilin sürücüsünün idarəetməni itirməsi nəticəsində avtomobil yolun kənarındakı hasara çırpılıb. Qəza nəticəsində avtomobilin sürücüsü 1992-ci il təvəllüdlü Şirxan Süleymanov hadisə yerində dünyasını dəyişib.

Hadisə şahidlərinin sözlərinə görə, avtomobildə olan digər 4 sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

qeza-1