Bərdədə vəzifəli şəxs saxlanıldı

Bərdə rayonunda təhsil müəssisəsinin direktoru həbs edilib.

XALQ.AZ Trend-ə istinadən məlumatına görə, hüquq – mühafizə orqanları əməkdaşları 105 saylı Bərdə Texniki Peşə Liseyində əməliyyat keçirib.

Əməliyyat zamanı liseyin direktoru Şamil Şükürov korrupsiya faktı ilə bağlı saxlanılıb. Əməliyyat zamanı liseyin mühasibinin də saxlanıldığı bildirilir.