Bəziləri Şaumyanın müdafiəsinə qalxıblar

Azərbaycan prezidentinin göstərişindən sonra 26 Bakı komissarının qəbirlərinin açılaraq araşdırılması zamanı təəssüf ki, Azərbaycanın içərisində dövlətçiliyimizə qarşı, iqtidara qarşı olan bəzi qüvvələr Şaumyanın tərəfinə keçib onu müdafiə etdilər.

XALQ,AZ xəbər verir ki, bunu Milli Məclisin (MM) bu gün keçirilən xüsusi iclasında deputat, tarixçi alim, akademik Yaqub Mahmudov bildirib.

O deyib ki, araşdırma zamanı Şaumyanın o qəbirdə olmadığı aşkarlanıb.

“Biz bunu dünyaya bildirdik. Amma təəssüf ki, bəzilər dərhal Şaumyanın müdafiəsini təşkil edərək bunu ört-basdır etmək istədilər. Bu səbəbdən həqiqəti tam olaraq bəyan edə bilmirik”.

 

Elgün