Deputat Elmar Məmmədyarovu istefaya çağırdı

Xarici işlər naziri Elmar Məmmədyarov istefaya getməlidir.

XALQ.AZ xəbər verir ki, bunu millət vəkili Fəzail Ağamalı parlamentin xüsusi iclasında çıxışı zamanı bildirib.

O, E.Məmmədyarovu öz işinin öhdəsindən gələ bilməməkdə, Qarabağ danışıqlarında uğurlu nəticə əldə edə bilməməkdə ittiham edib.

Spiker Oqtay Əsədov isə deputata belə cavab verib:

“Bu, deyəsən, “Ana Vətənçi”lərin adətidir. O, gün partiyanızın keçmiş üzvü olan prezidentliyə namizəd bunu dedi, indi də Siz…”

 

Elgün