Zaurla Xoşqədəm davası

Xoşqədəm Hidayətqızının verilişində iştirak edən Nazilə Səfərlinin keçmiş gəlini Pərvanənin məsələsi gündəmdən düşmür.

XALQ,AZ xəbər verir ki, mövzunun bu qədər gündəmdə qalmasına səbəb Xoşqədəmlə Zaurun arasında olan ədavət dayanır. Belə ki, Pərvanə öncə Zaur Baxşəliyevin “Bizimləsən” verilişinə müraciət edib. O, Hidayətqızının təqdimatında efirə gedən “Səni axtarıram” proqramında dilə gətirdiyi sözləri söyləyib. Lakin Zaur onun dediklərinə inanmayıb və verilişində iştirakına icazə verməyib.

Bundan sonra isə Pərvanə “Səni axtarıram”a üz tutub. Burada da onu qəbul etməyiblər. Amma Pərvanə Nazilə Səfərlinin keçmiş gəlini olduğunu deyəndə onu dərhal efirə çıxarıblar. O, da ailəsi haqda danışıb. Həyat yoldaşından ayrılmasında baldızları və qayınanasını günahlandırıb. Pərvanə xanım həmçinin ərinin ona xəyanət etdiyini dilə gətirib. O, həm də evinin əlindən alındığını iddia edib.

Elgün