Baba sevimli nəvəsinin itkisinə dözə bilmədi

Asdi-1

İsmayıllı rayonunda 76 yaşlı kişi nəvə itkisinə dözməyərək özünü asıb. Rayon Prokurorunun müstəntiqi İlkin Mustafayevin verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında 05:00-da baş verib.

Belə ki, 1938-ci il təvəllüdlü Səlim Ağamirzə oğlu Məhərrəmovun yaşadığı evin həyətindəki tövləyə bitişik anbarda asılmış meyiti tapılıb. Araşdırmalar zamanı yaşlı kişinin intihar etdiyi məlum olub.

İntiharın səbəbləri araşdırılarkən təfərrüatlar məlum olub. 76 yaşlı kişinin ürək xəstəsi olduğu məlum olub. Kişi eyni zamanda iflic olubmuş. Ötən il isə Səlim Məhərrəmovun oğul nəvəsi xəstəlikdən dünyasını dəyişibmiş. Sevimli nəvəsinin ölümündən sonra yaşlı baba özünə gələ bilməyib. Həmişə nəvəsinə qovuşmaq üçün ölmək istədiyini deyirmiş. İlkin ehtimala görə, yaşlı kişi məhz bu səbəbdən özünü asıb.

Faktla bağlı araşdırma aparılır.