Bacısının qaynanasını beşbarmaqla vurdu

hebs

XALQ.AZ-ın məlumatına görə, ailə-məişət zəminində yaranmış söz-söhbətlər cinayətə qədər uzanıb. Müəyyən edilib ki, Nuruzadə İdris Fikrət oğlu elə bu cür söz-söhbətlərə aydınlıq gətirməsi üçün qapısına getdiyi bacısının qayınanasına xəsarətlər yetirib. Onun sözlərinə görə, zərərçəkmiş Şəfəq Cümşüdova onun bacısına nalayiq ifadələr işlədərək böhtan atıb və hər şey də bundan sonra yaranıb.

Sumqayıt şəhər Polis İdarəsinin müstəntiqi İlqar Məmmədovun sözlərinə görə, İdris bacısının qaynanasına beşbarmaq adlanan soyuq silahla bir neçə dəfə xəsarət yetirib.

İdrisin sözlərinə görə, bacısı əslində öz həyat yoldaşından o qədər də narazı deyilmiş. Elə onun ər evindən qovulması da ərinin deyil, qayınanasının təkidi ilə baş tutub.

Sumqayıt şəhər Polis İdarəsinin istintaqçıları İdrisin bu əməlini cinayət məcəlləsinin xuliqanlıq maddəsinin tələbləri əsasında araşdırıb və ittiham irəli sürübki, əgər zərərçəkmişin aldığı xəsarətin dərəcəsi dəyişərsə, ittiham daha da ağırlaşdırıla bilər. Hələliksə araşdırmalar davam etdirilir.