Bakı Apellyasiya Məhkəməsinə yeni hakimlər təyin edilir-Siyahı

Bakı Apellyasiya Məhkəməsinə yeni hakimlər təyin edilir.

XALQ.AZ-ın  məlumatına görə, bu barədə məsələ Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, aşağıdakı hakimlərin vəzifələrinin dəyişdirilməsi ilə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin hakimləri təyin edilməsi təklif edilir:

Əliyev Elvin Əhəd oğlu

Qarayeva Mehriban Cəfər qızı

Əliyev Emin Zöhrab oğlu

Abbasova Günel Məhərrəm qızı

 

Səlimova Səadət Rəşid qızı

Cəfərov Səməd Fəxrəddin oğlu

Məmmədov Murad Akif oğlu

Qocayev Tural Şəmsi oğlu

Hüseynov Zaur Nazim oğlu

Ələkbərov Əfqan Qəzənfər oğlu