“Bakı Marafonu 2022”nin qalibləri bəlli oldu

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu-2022”nin qalibi müəyyənləşib.

XALQ,AZ xəbər verir ki, “Küləyə qalib gəl” şüarı altında keçirilən Bakı marafonunda rusiyalı Rinas Axmadeyev qalib gəlib. Rusiyalı atlet marşrutu 1 saat 4 dəqiqəyə qət edib.Onun 32 yaşı var. Rinas əslən Kazan şəhərindəndir. 

Qadınlar arasında birinci yerin qalibi Ukrayna təmsilçisi Valentina Vereskaya olub.Beləliklə yarışmanın nəticələrinə əsasən qaliblər:

Kişilər arasında: 3-cü yer Vladimir Matçik Rusiyadan 1000 manat mükafat

2-ci yer Ömer Alkan Türkiyədən 2000 manat mükafat

1-ci yer Rinas Axmediyev Rusiyadan 3000 manat mükafat 

Qadınlar arasında: Valentina Poltakskaya 3-cü yer (Ukrayna)

Dilek Öztürk 2-ci yer (Tükiyə)

Valentina Vereskaya 1-ci yer (Ukrayna)

Yarışın start nöqtəsi ilə yanaşı, finişi də Dövlət Bayrağı Meydanı olub və 21 kilometrlik məsafəni əhatə edib.

2016-cı ildən təşkil olunan Bakı marafonu idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək məqsədi daşıyır.