Bakı Media Mərkəzindən həkimlərimizə dəstək – VİDEO

Dünyanın hazırda bir nömrəli probleminə çevrilən Koronavirus (COVID-19) infeksiyası ilə mübarizədə əsas güc səhiyyə işçilərinin üzərinə düşür. Onlar pandemiya dövründə həyatlarını riskə ataraq böyük əzmlə virusa yoluxmuş şəxsləri müalicə edirlər.

XALQ.AZ xəbər verir ki, Bakı Media Mərkəzinin Azərbaycan Respublikası Mədəniyyət nazirliyinin dəstəyi ilə, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası ilə birgə hazırladığı yeni videoçarx məhz bu ağ xalatlı qəhrəmanlara həsr olunub.

Sözügedən çarxı təqdim edirik:

XALQ.AZ