“Bakı Metro”su vergidən niyə yayınır?

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) külli miqdarda vergi borcu üzə çıxıb.


XALQ.AZ xəbər verir ki, “Unikal”ın əldə etdiyi məlumata görə, hazırda qurumun 14 055 360,07 manat (14 milyon 55 min 360 manat 7 qəpik) vergi borcu var.

Qeyd edək ki, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynovun gizli biznes fəaliyyəti haqqında məlumatlar yazılıb. İddia olunur ki,vergiyə ödəniləcək pulları biznes şəbəkəsində yatırım edərək öz gəlirlərinin artırılmasına yönəldib. Daha ətraflı araşdırmamzı davam edir.