Bakı-Quba yolunda qəza: ölən var

Qeza-1

Bakı-Quba yolunda bir nəfərin ölümü, bir nəfərin isə xəsarət alması ilə nəticələnən ağır yol qəzası zamanı həlak olan şəxsin adı bəlli olub.

XALQ.AZ-ın məlumatına görə, hadisə ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi Elşən Mürsəliyev bildirib ki, hadisə zamanı günah “Mercedes” markalı minik avtomobilinin sürücüsü 34 yaşlı Sənan Fəxrəddin oğlu Quliyevdə olub.

Bakı sakini “Kamaz” markalı yük avtomobilinə arxadan çırpılıb və nəticədə həlak olub.

“Mercedes” markalı minik avtomobilində şərnişin olan Bakı sakini 31 yaşlı Əfqan Namidar oğlu Əsgərovun vəziyyəti ağır olaraq qalır.

“Kamaz” markalı yük avtomobilini 39 yaşlı Xaçmaz sakini Vuqar Məhərrəm oğlu Cabarov idarə edirmiş.