Bakı sakini mənzilində ölü tapıldı

Olu

Bakıda mənzildə meyit tapılıb.

XALQ.AZ Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, quruma Bakı şəhəri, Nəsimi rayonunda 1953-cü il təvəllüdlü İsmayılov Telman Bəhram oğlu mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə müraciət daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə giriş qapısını bayır tərəfdən açaraq içəri daxil olublar. Mənzilə baxış keçirilərkən T.İsmayılov hərəkətsiz vəziyyətdə aşkarlanıb.

Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində vətəndaşın öldüyü müəyyən edilib.