“Prado” traktorla toqquşdu

Prado

Bakı – Quba – Rusiya yolunun 128-ci kilometrliyində Şabran rayonunun Sincanboyad kəndi ərazisində yol nəqliyyat qəzası baş verib.
XALQ.AZ-ın məlumatına görə, “Prado” markalı avtomobillə traktor toqquşub.
Qəza nəticəsində traktorda olan sürücü ilə yanındakı şəxs yaralanıb. Yaralılar dərhal Şabran xəstəxanasına çatdırılıb.

Hadisə ilə bağlı Baş Dövlət Yol Polisinin istintaq idarəsində araşdırma aparılır.