Hərbçimiz öldü

07

Tərtərin Hüsənli kəndi ərazisində 1 nəfərin ölümü, 3 nəfərin isə ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

XALQ.AZ-ın məlumatına görə, qəzaya düşənlər Azərbaycan ordusunun zabitləridir.

Şəxsiyyəti hələlik məlum olmayan sürücü idarə etdiyi “VAZ 2107” markalı minik maşınını aşırıb, nəticədə 1 nəfər ölüb, 3 nəfər ağır xəsarət alıb. Yaralılar Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisə ilə bağlı əlavə məlumat veriləcək.