Dünyada ən böyük xeyriyyə avtorallisi Bakıdan keçəcək

Ralli

Dünyada ən böyük xeyriyyə avtorallisi ilk dəfə olaraq bu il Bakıdan da keçəcəkdir.

XALQ.AZ xəbər verir ki, bu barədə Rumıniyanın “Agepress” agentliyi rallinin iştirakçılarına istinadən məlumat verir.

Avtoralli iyulun 20-də Londonda start götürür. Tədbirin iştirakçıları şəhər avtomobillərində Londondan Monqolustanın paytaxtı Ulan-Batoradək məsafə qət edəcəklər. Bu marşrutda Bakı məcburi dayanacaq məntəqələri siyahısına daxil edilib. İştirakçıların iyulun 29-da Bakıya gələcəkləri gözlənilir.

Avtoyürüşdə iştirak etmək üçün komandalar xeyriyyə məqsədlərinə 1000 avro yönəltməli və marşrutu yalnız adi avtomobillərdə qət etməlidirlər.