Bakı-Sumqayıt elektrik qatarlarının hərəkəti dayandırılır

Bakı-Sumqayıt-Bakı marşrutu üzrə elektrik qatarları iki gün hərəkətdə olmayacaq.

Bu barədə Azərbaycan Dəmir Yolları QSC-dən XALQ.AZ-a verilən məlumatda bildirilib.

Qeyd olunub ki, Nazirlər Kabinetinin qərarına müvafiq olaraq, iyunun 14-ü və 15-də Bakı-Sumqayıt-Bakı marşrutu üzrə elektrik qatarlarının hərəkəti dayandırılacaq. İyunun 16-dan qatarların cari qrafik əsasında Abşeron Dairəvi dəmir yolu xətti üzrə hərəkəti bərpa olunacaq.