Ceyranbatandakı yanğına görə havaya helikopterlər qaldırıldı – VİDEO + FOTOLAR

Abşeron rayonunun Ceyranbatan qəsəbəsində Ceyranbatan su anbarının yaxınlığında yanğınsöndürmə işləri davam etdirilir. 

Bu barədə XALQ.AZ-a FHN-dən məlumat verilib.

Yanğının söndürülməsi üzrə əməliyyata nazirliyin Aviasiya dəstəsinin 2 ədəd helikopteri cəlb olunub.

Abşeron rayonunun Ceyranbatan qəsəbəsində Ceyranbatan su anbarının ərazisində quru ot və kol-kos yanır. 

XALQ.AZ xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə məlumat daxil olub. 

Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvə və texnikası hadisə yerinə cəlb olunub. 

Hazırda yanğınsöndürmə işləri aparılır. Əlavə məlumat veriləcək.

Ceyranbatandakı yanğına görə havaya helikopterlər qaldırıldı- VİDEO + FOTOLAR

XALQ.AZ