Bakıda əmi qardaşı oğlunu öldürdü

Hebs

Bakı sakini qardaşı oğlunu güllələyib. Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, hadisə avqustun 1-də Gürgən qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə sakini 1962-ci il təvəllüdlü Oqtay Cəfərov sərxoş vəziyyətdə xuliqanlıq zəminində sənədi olmayan ov tüfəngi ilə qardaşı oğlu, 1982-ci il təvəllüdlü Cəfərov Niyazi Allahverdi oğlunu güllələyib.

Nəticədə baş nahiyəsindən xəsarət alan N. Cəfərov xəstəxanaya yerləşdirilib.

Araşdırmalar zamanı məlum olub ki, Oqtay Cəfərov əvvəllər məhkum olunub. Pirallahı rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində O. Cəfərov tutulub.

Saxlanılarkən onun üzərindən 437 qram marixuana götürülüb.