Bakıda ər arvadını qanına qəltan etdi

Qetl-1

Bu gün səhər saat 06:15 radələrində Bakıda ər arvadını bıçaqlayıb. Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, hadisə Mərdəkan qəsəbəsində baş verib.

Belə ki, Pioner küçəsində yaşayan Pərvin Əliyeva bıçaq xəsarətilə xəstəxanaya yerləşdirilib.

Keçirilən əməliyyat tədbirləri nəticəsində, hadisəni törətməkdə şübhəli bilinən, zərərçəkmişin həyat yoldaşı Taleh Əliyev Xəzər rayon Polis İdarəsinin 1-ci polis bölməsinin əməkdaşları tərəfindən tutulub.

Faktla bağlı araşdırma aparılır.