Qardaşımla 3 il danışmamışam

7
Əməkdar artist Mehriban Xanlarova “5/5” verilişinin qonağı olub.
XALQ.AZ-ın məlumatına görə, aktrisa şəxsi həyatı ilə bağlı maraqlı açıqlama verib.

O, 3 il qardaşı ilə danışmadığını deyib:

“Üç il qardaşımla küsülü qalmışam. İndi rəhmətə gedib. İstəmirdi mən bu sənətə gəlim. Ona görə də, danışmırdıq. Sonra bir gün binanın blokundan çıxanda qolumdan tutub məni içəri saldı. Eləcə barışdıq. Ailədə hər söz-söhbət olur. Hətta bir ara bacımla da küsülü olmuşam”.